Azərbaycan Atletika Federasiyasının ilin idman yekunu keçirildi

25 dekabr 2015-ci il tarixində Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Atletika Federasiyasının ilin idman yekunu keçirildi.

 

Edumap.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə, AAF-ın vitse-prezidenti Tofiq Qarayev , baş katib Firat Hüseynov və digərləri iştirak etdilər.

 

Tədbirdə giriş sözü ilə açan Çingiz Hüseynzadə bu il atletika federasiyasının uğurları və fəaliyyətindən danışdı. O, Bakı 2015 Avropa Oyunların atletika idman növü üçün də uğurlu bir çıxış olduğunu vurğuladı. Rio 2016 Yay Olimpiya Oyunlarına artıq lisenziyalarını sayının artması , Azərbaycan idmanında atletikanın mühüm bir yer tutduğunu bir daha sübut edir.

 

Federasiyanın vitse-prezidenti  Tofiq Qarayev və baş katibi  Firat Hüseynov öz növbəsində bu ilin fəaliyyəti və uğurlarını qeyd etdilər.

 

Rəsmi çıxışdan sonra mükafatlandırılma mərasmi keçirildi. Mərasimdə ilin idmançısı, məşqçisi, hakimi və digər nominasiyalar üzrə mükafatlandırıldılar:

 

İlin idmançısı – Nazim Babayev, Anna Skidan

İlin məşqçisi – Ziyad Xalfayev,

İlin gənc idmançısı – Yelena Prextriyeva

İlin gənc məşqçisi – Elvin Əliyev

İlin Hakimi – Kamal Əhmədov

Bir cavab yazın

Back to top button