Azərbaycan atletləri Volqoqrad şəhərində keçirilmiş yeniyetmələr arasında beynəlxalq yarışda medal qazandılar

20 dekabr 2015-ci il tarixində Olimpiya Çempionu Tatyana Lebedova uğrunda baynəlxalq yarışda yeniyetmələr komandasından ibarət atletlərimiz 2 gümüş və 2 bürünc medal olmaqla ümumilikdə 4 medala layiq görülüblər.

Edumap.az-a verilən məlumata görə,qızlar arasında 60 metrlik qaçışda 7.80 saniyə nəticə ilə Yelena Pextireva qızıl medal və 8.22 saniyə nəticə ilə Fəxriyyə Tağızadə bürünc medal qazanıblar.

Oğlanlar arasında 60 metr məsafədə isə Riyad Quluzadə 7.40 saniyə nəticə ilə qızıl medala sahib olub. Bürünc medalı isə üç təkanla tullanmada 12.05metr nəticəsi ilə Rüstəm Məmmədov qazanıb.

Bir cavab yazın

Back to top button