28 Fevral 13:26

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti “Novruz mühazirəsi” keçiriləcək

Görüşdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun “Azərbaycan iqtisadiyyatı: oxşar çağırışlar, fərqli baxışlar” mövzusunda mühazirəsi dinləniləcək.

“Novruz mühazirələri”ndə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt vasitəsilə 01.03.2016-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması).

Təhsil Nazirliyi yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, iştirakçıların seçim hüququnu özündə saxlayır.

Tədbir saat 16:30-da UNEC-in əsas tədris korpusunun I mərtəbəsində yerləşən “Ağ zal”da keçiriləcək (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6).

Mühazirədə iştirak üçün geyim sərbəstdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)