21 May 10:40

“Azərbaycan multikultiralizmi: din və dil siyasətinin inkişaf perspektivləri” adlı beynəlxalq konfrans

TEMATİK BÖLMƏLƏR (SEKSİYALAR):

1. Azərbaycanda yaşayanxalqların və etnik qrupların dili;

2. Azərbaycanda yaşayanxalqların və etnik qrupların folkloru, ədəbiyyatı,maddi mədəniyyəti,tətbiqi sənəti;

3. Azərbaycanda yaşayan xalqların və etnik qrupların dilinin, dininin və mədəniyyətinin inkişafı ilə bağlı aparılan dövlət siyasəti– Azərbaycan tolerantlığı vəmultikulturalizmi;

4. Müxtəlif ölkələrdə milli azlıqların, azsaylı xalqların və etnik qrupların dilinin, dininin və mədəniyyətinin inkişafı ilə bağlı aparılan dövlət siyasəti;

5. Psixolinqvistikanın və sosiolinqvistikanın aktual problemləri.

  • KONFRANSDA İŞTİRAK ŞƏRTLƏRİ

  • Konfransın tematik bölmələrindən(seksiyalarından) hər hansı birinə uyğun şəkildə yazılmış məruzə (panel) mətni qəbul olunaraq adı konfransın proqramına daxil edilən şəxslər konfransda məruzəçi kimi iştirak edə bilərlər.
    Ölkə daxilindən və xaricindən bu konfransda iştirak etmək istəyən şəxslərin heç bir iştirak xərci ödəməsinə ehtiyac yoxdur (amma yol, mehmanxana və yemək məsrəfləri iştirakçıların öz hesabınadır).
    Məruzə mətnləri qəbul edilərək adları konfrans proqramına daxil edilən iştirakçıların məruzə mətnləri konfrans təşkilatçılarının hesabına konfransın toplusunda çap olunacaqdır. Məruzələr toplusu konfransın açılış günü həm toplu (jurnal) şəklində iştirakçılara təqdim ediləcək, həm də PDF formatda internetdə onlayn olaraq yayımlanacaqdır.
    Konfrans iştirakçılarına məruzə etdikləri gün “İŞTİRAK SERTİFİKATI” və xatirə hədiyyələri təqdim olunacaqdır.
    Məruzə (panel) mətnlərini HAZIRLANMA QAYDASI-nauyğun şəkildə hazırlayaraq MÜRACİƏT FORMASI ilə birlikdə VACİB TARİXLƏR bölməsində qeyd edilən günə qədər konfransın koordinasiya şurasının e-mail ünvanına ([email protected]) göndərmək lazımdır.
    VACİB TARİXLƏR bölməsində qeyd edilən tarixlərdən sonra göndərilən və HAZIRLANMA QAYDASI-na uyğun olmayan məruzə (panel) mətnləri diqqətə alınmayacaqdır.

  • MƏRUZƏ (PANEL) MƏTNLƏRİNİN HAZIRLANMASI QAYDASI

  • Məruzə (panel) mətnləri Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur. Məruzə mətni soldan 1,5 sm, sağdan 2 sm, yuxarıdan 2,5 sm, aşağıdan 2 sm olmaqla A4 formatda,TİMES NEW ROMAN şrifti ilə, 12 ölçüdə, 1 intervalla yazılır. Məruzə (panel) mətninin həcmi 5 səhifəyə qədər ola bilər.
    İlk səhifənin yuxarı sağ küncündə 1-ci sətirdə müəllifin adı və soyadı, elmi dərəcəsi və elmi adı, 2-ci sətirdə iş yeri və vəzifəsi, 3-cü sətirdə e-mail ünvanı göstərilir.Növbəti sətir boş buraxılır. Məruzə mətninin adı BAŞ HƏRFLƏRLƏ qara şriftlə 12 ölçüdə, 1 intervalla ortada yazılır. Başlıqdan sonra bir sətir boş buraxılır və növbəti sətirdən məruzə mətnininyazıldığı dildən asılı olaraq iki dildə (Azərbaycan-ingilis, türk-ingilis və ya rus-ingilis) 5-6 açar söz, sonda isə, istifadə olunmuş ədəbiyyat siyahısı və mətnin dilindən asılı olaraq, iki dildə (5 sətirdən artıq olmamaq şərti ilə) xülasə verilir (İngilis dilində yazılan məruzə (panel) mətni üçün ingilis dili ilə yanaşı Azərbaycan, türk və ya rus dillərindən birində açar sözlər və xülasə verilir).
    Ədəbiyyat siyahısına yalnız məruzə mətnində istinad edilən əsərlər daxil edilir və ədəbiyyat siyahısı əlifba sıyahısına uyğun tərtib olunur. İstinadların ilk rəqəmi ədəbiyyatın sıra nömrəsini [4], ikinci rəqəmi isə istinad olunan fikrin əsərdəki səhifə nömrəsini göstərir, məsələn: [4, s. 46]. Məruzə (panel) mətni Word formatda,elektron variantda ƏLAVƏ fayl şəklində VACİB TARİXLƏRbölməsində göstərilən tarixə qədər[email protected] ünvanına göndərilir.
    Konfransda panel mətni ilə iştirak edəcək şəxslər öz məruzələrini bu qaydalara uyğun şəkildə hazırlayıb nəşr olunması üçün VACİB TARİXLƏR bölməsində göstərilən vaxta qədər [email protected] ünvanına göndərməklə yanaşı onun əsas tezislərini A3 ölçülü kağızda TİMES NEW ROMAN şrifti ilə, 24 ölçüdə çap edərək iclas-sərgi salonuna gətirir, onlar üçün ayrılmış lövhəyə asır,təyin edilən vaxtda məruzə mətninin yanında olub izahat verir və dinləyicilərinsuallarınıcavablandırır.
    Bu şərtlərə əməl edilmədən göndərilən məruzə (panel) mətnləri diqqətə alınmayacaqdır.
    Təşkilatçıların məzmun və mahiyyət baxımından onları qane etməyən məruzə (panel) mətnlərini konfransın proqramına daxil etməmək hüququ vardır.

  •  

    KONFRANSDA İŞTİRAK ETMƏK ÜÇÜN MÜRACİƏT FORMASI

    Adı 
    Soyadı 
    Elmi dərəcəsi və elmi adı (varsa) 
    Təmsil etdiyi müəssisə, orqan 
    Vəzifəsi 
    Məruzənin aid olduğu bölmə (seksiya) 
    Məruzənin adı 
    Mobil telefonu 
    Ünvanı (poçt indeksi göstərilməklə) 
    E-mail adresi (mütləq) 

 

VACİB TARİXLƏR:

Məruzələrin tam mətninin təqdim olunması üçün son tarix25.06.2016
Konfrans proqramının elan edilməsi tarixi25.07.2016
KONFRANS TARİXLƏRİ8-9.09.2016
Konfransın açılışı, rəsmi salamlamalar, plenar iclas8.09.2016
Bölmələr üzrə iclasların davamı və qapanış9.09.2016
Bəyən və paylaş