vakansiya, iş, job
2 İyul 17:58

Azərbaycan Sosial İş İctimai Birliyi İCRAÇI DİREKTOR vakansiyası elan edir

Azərbaycan Sosial İş İctimai Birliyi İCRAÇI DİREKTOR vakansiyası elan edir:

Bildiyiniz kimi, AZSİB ölkədəki sosial işçilərin professional assosiasiyasıdır və əsas missiyası ölkədə sosial iş təhsilini inkişaf etdirmək, sosial iş peşəsini təşviq etməkdən ibarətdir.
İcraçı direktor könüllü olaraq fəaliyyət göstərir və iş qrafiki sərbəstdir.

İCRAÇI DİREKTORUN VƏZİFƏLƏRİ:
-Tədbir və yığıncaqların təşkili
-Resurs mərkəzin idarə edilməsi
-Proqram və layihələrin işinə nəzarət
-Dövlət və qeyri-hökümət nümayəndələri ilə əməkdaşlığın yaradılması
-Yerli və beynəlxalq tədbirlərdə təşkilatın təmsil olunması
-İşçilərin işinə nəzarət və illik olaraq işçilərin qiymətləndirilməsini aparmaq (layihə kordinatorları, hüquqşunas, mühasib, könüllülər, –İT mütəxəssisi və s.)
-Aylıq olaraq görülmüş işlərlə bağlı idarə heyətinə və sədrə hesabatın göndərilməsi
-Lazım olduğu təqdirdə yeni işçilərin işə götürülməsi
Və digər əlaqədar işlər

NAMİZƏDƏ TƏLƏBLƏR:
-Sosial İş sahəsində ali təhsil
-Layihələrin idarəedilməsi, inzibati işlər sahəsində 1-2 illik təcrübə
-Komandada işləmək bacarığı
-İngilis dilində sərbəst ünsiyyət, yazışmalar aparmaq qabiliyyəti
-Superviziya ilə və müstəqil işləmə, müstəqil qərarvermə qabiliyyəti

Maraqlanan şəxslər öz CV-lərini və məqsəd məktubunu [email protected] ünvanına göndərmələri xahiş olunur.

Bəyən və paylaş