22 Oktyabr 07:43

Azərbaycan Sosial İş İctimai Birliyi vakansiya elan edir (Könüllü)

Azərbaycan Sosial İş İctimai Birliyi vakansiya elan edir!
Sədrin köməkçisi – könüllü (2 nəfər)

ƏSAS VƏZİFƏLƏR

• Birliyin işlərində Sədri və digər işçi heyətin üzvlərini dəstəkləmək
• Qeydiyyatla bağlı sənədləşməni təşkil etmək və nəzarət etmək
• Tədbirlərin, təlimlərin görüşlərin təşkili və qrafikin hazırlanması
• Məktubların, müqavilələrin və digər sənədlərin qeydiyyatının aparılması
• Yeni üzvlərin qəbulu və qeydiyyatın aparılması
• Lazım olduğu təqdirdə digər əlaqəli tapşırıqların həyata keçirilməsi
• Görülən işlərlə bağlı vaxtında Sədrə hesabatın verilməsi

BİLİK VƏ BACARIQLAR
• Sosial İş ixtisası üzrə bakalavr və ya magistr tələbəsi olmalı
• Azərbaycan dilində səlis, ingilis dilində yaxşı yazı və danışıq bacarıqları
• Komputer və Office Proqramlarından mükəmməl istifadə (Word, Excell, Power Point)
• Ofis avadanlığından istifadə edə bilməli.

LAZIM OLAN ŞƏXSİ KEYFİYYƏTLƏR
• Məsuliyyətli və punktual
• Gülərüz və səmimi
• Komandada işləmək bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV/resumelərini [email protected] ünvanına Subject hissəsində vakansiyanın adını qeyd edərək yollamalıdırlar. Müraciət üçün son tarix 31 oktyabr 2015-ci il.

Azərbaycan Sosial İş İctimai Birliyi sosial iş ixtisası üzrə ali təhsili olan sosial işçilərin peşəkar qrumudur. Birliyin missiyası sosial iş peşəsinin Azərbaycanda inkişafına, sosial işçilərin daimi inkişaf etməsinə, sosial iş təhsilinin təşkil olunmasına, sosial işin peşəkarlığının qorunmasına və sosial problemlərin həll olunmasında peşəkar və elmi metodlara əsaslanan dəstəyin verilməsidir. Birlik 2006-cı ildə təsis edilmiş və 2009-cu ildə Azərbaycan Respbulikasının Ədliyyə Naziliyindən rəsmi dövlət qeydiyyatından keçmişdir. 2012-ci ildən Birlik Beynəlxalq Sosial İşçilər Federasiyasının (IFSW) üzvüdür.

Bəyən və paylaş

Rəylər

rəy(lər)