15 Mart 12:37

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Kitab səhifələri” klubu satış-yarmarka təşkil edib

Martın 14-ü  və 15-də Azərbaycan Turizm və Menecment Universitetində  “Kitab səhifələri” klubu üzvlərinin təşəbbüsü ilə bədii əsərlərin satış-yarmarkası keçirilib. ATMU  “Kitab səhifələri” klubunun üzvü, tələbə Elvin Gürzəlizadə bildirib ki, satış-yarmarkanın təşkilində başlıca məqsəd tələbələrdə kitaba böyük maraq oyatmaqla bərabər, onlarda mütaliə qabiliyyətini formalaşdırmaqdan ibarətdir. Satış- yarmarkada Azərbaycan və xarici ölkə yazıçılarının məşhur əsərləri güzəştli qiymətlərlə maraqlananlara təklif olunub.

Ali təhsil müəssisəsindən verilən məlumata görə “Kitab səhifələri” üzvlərinin əməkdaşlıq etdiyi “Alatoran”, “ Kitab klubu”, “Parlaq imzalar”, “Qədim qala”, “Hədəf” nəşriyyatlarında çap olunan bədii ədəbiyyat nümunələri daha çox alici marağı  qazanıb.

Kitab-satış yarmarkasının vaxtaşırı keçirilməsi qərara alınıb.

Bəyən və paylaş

Rəylər

rəy(lər)