“Azərbaycan üçün öyrət” Milli Təhsil Proqramından müəllim və təlimçilər üçün imkan! Proqrama qoşularaq bilik, bacarıq və təcrübənizi şagirdlərlə bölüşə, Azərbaycan təhsilinə öz töhfənizi verə bilərsiniz.
Əsas vəzifə və öhdəliklər: – müxtəlif tədris metod, vasitə və alətlərindən, eləcə də, audio və video materiallardan istifadə edərək tədris prosesini müasir və maraqlı təşkil etmək; – hər bir yaş mərhələsində olan şagirdlərin şəxsi keyfiyyət və intellektual inkişafının təmin edilməsi, onlarda özünüinkişaf bacarığının formalaşdırılması; – şagirdlərə əlavə bilik və bacarıqlar, fərdi inkişafı üçün zəruri olan inam və motivasiya qazandırmaq;
Tələblər: – yaş həddi 22-45; – məlumatı auditoriyaya düzgün çatdırmaq qabiliyyəti; – təhsildə yeniliklərə açıqlıq və yenilikləri tədbiq etmə bacarığı; – 13-16 yaş gənclərlə işləmək bacarığı; – dözümlülük, əzmkarlıq və nəticəyönümlülük; – uşaqlarla ünsiyyət qurma bacarığı; – “Microsoft ” ofis proqramları ilə işləmə bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini
05 fevral tarixinədək
[email protected] elektron ünvanına göndərə bilərlər.
Qeyd edək ki, “Azərbaycan üçün Öyrət” sosial ədalətsizliyi aradan qaldırmaq üçün “qeyri-maddi kapitalı” – bilik və təcrübələrini bölüşməyə hazır olan vətəndaşlarımız ilə birgə həyata keçirilən milli təhsil proqramıdır. Proqramın məqsədi keyfiyyətli təhsil imkanları yaratmaqla yeni nəsil intellektual və sosial fəal gənclərin – gələcəyin liderlərinin formalaşdırılmasıdır.
Rəylər
rəy(lər)