20 İyun 16:46

Azərbaycan Velosiped İdmanı Federasiyası diskussiya

Azərbaycan Velosiped İdmanı Federasiyası sizləri 27.06.2016-cı il saat 15:00-da Respublika Velotrekinin konfrans zalında aşağıdakı mövzular üzrə diskussiyaya dəvət edir. Diskussiyadan sonra gənclər Respublika Velotrekində ödənişsiz velosiped sürəcəklər… Layihələri olan, velosiped sürməyə marağı olan və sürmək istəyən, aşağıdakı mövzuların müzakirəsində maraqlı olan hərkəs dəvətlidir…

Moderatorlar : Ağaəhməd Göyüşov Cavid Allahverdiyev.

Mövzular:

1)Velosiped idmanının uşaqlar arasında təbliği

2)Velo-layihələrin müxtəlifliyi, rəngarəngliyi və həyata keçirilməsində gənclərin rolu

3) Zərərli vərdişlərdən uzaq olmağda velosiped idmanın müsbət təsiri.

4) Asudə vaxtın dəyərləndirilməsi

5) Zamanın idarə olunması

6) Gənclərin ideyalarının dəstəklənməsi istiqamətində atılacaq addımlar

7) Küçə velosipedindən peşəkarlığa gedən yol

İştirak etmək istəyənlər ad, soyad və əlaqə nömrələrini [email protected] elektron ünvanına və ya 055-547-03-96 Whatsapp nömrəsinə göndərə bilərlər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)