17 May 12:40

Azərbaycan Velosiped İdmanı Federasiyasında görüş

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbər heyəti arasında Respublika Velotrekində görüş keçirilib. Görüş zamanı federasiya ilə ali təhsil ocağı arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Akademiyanın Tədris və Elmi İşlər üzrə prorektoru Təhminə Tağızadə və Beynəlxalq Əlaqələr üzrə müşaviri Şəmsiyyə Mustafayeva təhsil müəssisəsinin rektoru Fuad Hacıyevin tapşırığı əsasında ixtisaslı kadrların yetişdirilməsi üçün idman federasiyaları ilə əməkdaşlıq prosesinə start verildiyini bildiriblər. Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov görüləcək işlərin böyük səmərə verəcəyini deyib və qonaqları yenidən qurulmuş Respublika Velotrekində idmançılar üçün yaradılan şəraitlə tanış edib.

Bəyən və paylaş

Rəylər

rəy(lər)