Azərbaycan “Yəhudi İrsi üzrə Avropa marşrutu” beynəlxalq mədəni turizm layihəsinə qoşuldu

Mədəniyyət və Turizm Nazirliyi Avropa Şurasının Mədəni Marşrut Layihələrindən biri olan “Yəhudi İrsi üzrə Avropa marşrutu” beynəlxalq mədəni turizm layihəsinə qoşuldu. Məlumat üçün bildiririk ki, Avropa Yəhudi Mədəniyyəti və Irsinin Qorunması və Təbliğatı Assosiasiyasının (AEPJ) təşkilatçılığı ilə həyata keçirilən bu layihəyə hazırki dövrədək Portuqaliya, İspaniya, İtaliya və Fransa kimi ölkələr qoşulmuş, həmçinin, 22-yə yaxın Avropa ölkəsi tərəfdaş qismində çıxış edir.

Layihəyə üzv olmaq məqsədilə ilk addım olaraq Nazirlik tərəfindən ölkəmizdə mövcud olan Yəhudi İrsi üzrə müvafiq proqram hazırlanmışdır. Proqrama paytaxt Bakı ilə yanaşı, Qubadakı Qırmızı Qəsəbə, Lahıc, Qəbələ, Oğuz kimi regionların turizm potensialı barədə məlumat, həmçinin, orada fəaliyyət göstərən yerli sinaqoqlarla tanışlıq da əlavə olunmuşdur. 2016-cı ilin mart ayında Assosiasiyanın ekspertlərinin müvafiq proqram üzrə ölkəmizə səfəri nəzərdə tutulur.

Azərbaycanda Yəhudi İrsi üzrə Marşrut Assosiasiyanın rəsmi veb səhifəsində yerləşdirilmişdir. Proqramla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

http://www.jewisheritage.org/web/european-routes/azerbaijan

Azərbaycanda yəhudi icmalarının mövcudluğunu, ölkəmizdə dini müxtəlifliyə tolerant münasibətin və müxtəlif mədəniyyətlərin təbliğinə yaradılmış şəraiti nəzərə alaraq, bu layihəyə qoşulmaq həm yəhudi irsi ilə maraqlanan turistlərin, həm də yəhudi əsilli insanların ölkəmizə turist kimi cəlb edilməsi baxımından əlverişli olacaqdır.

Bir cavab yazın

Back to top button