11 Yanvar 18:16

“Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı” mövzusunda III beynəlxalq elmi konfrans keçiriləcək

“Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı” mövzusunda III beynəlxalq elmi konfrans keçiriləcək

Martın 30-dan aprelin 2-dək Şamaxıda AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin və Şamaxı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı” mövzusunda III beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransda “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”, “Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1918-ci illər soyqırımları” bölmələr üzrə məruzələr dinləniləcək.

Məruzələrin tezisləri yanvarın 30-dək Təşkilat Komitəsinə təqdim edilməlidir.

Tezislərin həcmi üç səhifədən artıq olmamalı, elektron variantları [email protected][email protected] ünvanlarına göndərilməlidir.

 www.science.gov.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)