Azərbaycanda Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri

Əziz tələbələr !

Sizi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının
Ekologiya işçi qrupunun təşkil etdiyi “Azərbaycanda Xüsusi
Mühafizə Olunan Təbiət Əraziləri (XMOTƏ)” adlı tədbirə dəvət
edirik !

Tədbir haqqında:
XMOTƏ-lərin tarixi qədim zamanlara gedib çıxır. Ölkəmizdə fəaliyyət göstərən 11 qoruq, 9 milli park və 24 yasaqlıq bu zəngin təbiətimizin qorunması
məqsədini daşıyır. Onlar müxtəlif lanşaftlarda yerləşərək
müxtəlif növ heyvan və bitki aləmi ilə zəngindirlər. Tədbirdə
Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərimiz və onların flora, faunası haqqında geniş məlumat veriləcək, iştirakçıları maraqlandıran suallar
cavablandırılacaqdır.

Təlimçi:
Əsgərov Elşad – Vəhşi Təbiəti Mühafizə Fondu( WWF) Azərbaycan filialının direktoru
Tədbir 24 Dekabr, saat 15:00-da baş tutacaqdır.
İştrak etmək üçün qeydiyyatdan keçməyə tələsin!
Qeydiyyatdan keçən hər kəs tədbirdə iştirak edə bilər.
https://goo.gl/3BevDf

Bir cavab yazın

Back to top button