27 Yanvar 09:00

Azərbaycanı beynəlxalq yarışda təmsil edən idmançımız qızıl medala layiq görülüb

23 yanvar 2016-cı il Qazaxıstanın Üst Kamenogorsk şəhərində Olimpiya çempionu Olga Rypakova mükafatı uğrunda yüngül atletika üzrə keçirilmiş beynəlxalq yarışda Azərbaycanı 2 idmançı təmsil edib.

Yarışda 800 metrlik qaçış üzrə Hakim İbrahimov və 400 metrlik qaçış üzrə məsafədə Arif Abbasov iştirak etmişdir. 1:54.89 nəticəsi ilə Hakim İbrahimov rəqiblərinə qalib gələrək qızıl medala layiq görülmüşdür. Arif Abbasov isə 49.19 saniyə nəticə ilə 5-ci yer ilə kifayətlənib.

Xatırladaq ki, hər iki idmançı beynəlxalq yarışda şəxsi nəticələrini yeniləyiblər

Bəyən və paylaş

Rəylər

rəy(lər)