1 Aprel 08:18

Azərbaycanın Xalq rəssamı Cahangir Rüstəmovun 90 illiyinə həsr edilmiş fərdi yaradıcılıq sərgisi keçiriləcək

Ömrünün 50 ilindən çoxunu Azərbaycan təsviri sənətinin inkişafına və təbliğinə həsr etmiş Cahangir Rüstəmov 1926-cı ildə Şəki şəhərində anadan olmuşdur. 1939-1944-cü illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini müvəffəqiyyətlə bitirmiş və doğma vətənin yaradıcılıq həyatında fəal iştirak etmişdir.

Rəssamın yaradıcılığı rəngkarlığın bir çox janrını əhatə edərək, dərin milli ruh və poetikliyi ilə fərqlənmişdir. C.Rüstəmovun Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə Azərbaycanın Xalq rəssamı Cahangir Rüstəmovun 90 illiyinə həsr edilmiş fərdi yaradıcılıq sərgisi keçiriləcək. Tədbir 1aprel 2016-ci il tarixində, saat 19.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11/13 ünvanında keçiriləcəkdir.

yaratdığı tarixi mövzuda çoxfiqurlu lövhələr, həm bayram, zəhmət və istirahət mövzusunda kompozisiyalar, həm də məişət tabloları, epik mənzərələr, portretlər və ifadəli natürmortlar buna əyani sübutdur. Bütün bu janrlarda rəssam özünə, realistik sənət sadiq qalır.

Böyük Vətən müharibəsindən sonra təsviri sənətdə ilk kövrək addımlarını atan gənc rəssamın “Qəhrəmanın qarşılanması”, “Axırıncı alman”, “Kirovabadda Nizaminin abidəsinin açılışı” və digər əsərlərində artıq özünəməxsus işlənmə tərzinin formalaşmasının şahidi oluruq. Artıq 60-ci illərdə C.Rüstəmovun yaradıcılığı daha məhsuldar mərhələyə qədəm qoymuşdur.

Rəssamın yaradıcılığında əsas yer əmək mövzusuna verilmiş, kənd zəhmətkeşlərinin həyatını və məişətini böyük ustalıqla öz əsərlərində əks etdirmişdir. Milli koloriti, emosionallığı ilə seçilən “Üzümlük”, “Çay becərənlər”, “Tarla zəhmətkeşləri”, “Kolxozçular”, “Balaca köməkçi”, “Dağlarda”, “Şahdağ” və digər tabloları sənətşünaslar və sənətsevərlər tərəfindən bəyənilmiş, ona şöhrət gətimişdir. Onun əsərlərində rəng qammaları ilə süjetin arasında xüsusi bir səsləşmə mövcuddur.

C.Rüstəmov portret janrında yaratdığı əsərlərdə obrazın daxili aləmini, onun xarakterinin əsas xüsusiyyətlərini personajın pozasında, əhval-ruhiyyəsində, onu əhatə edən əşyalarda açmağa çalışırdı. Sosialist Əməyi qəhrəmanı Zəki Şükürovun, Fransa Müqamivət Hərəkatının görkəmli nümayəndələrindən biri olan azərbaycanlı qəhrəman Əhmədiyyə Cəbrayılovun, dünya çempionu Aydın Məmmədovun portretləri bu qəbildəndir.

C.Rüstəmovun rəngarəng əsərləri nəinki respublikamızda, həm də onun hüdudlarndan kənarda da yüksək dəyərləndirilmiş və sevilmişdir. Onun əsərləri Rusiyada, Türkiyədə, Bolqarıstanda, Macarıstanda, İran İslam Respublikasında, Suriyada, Livanda, Rumıniyada və bir çox başqa xarici ölkələrdə böyük müvəffəqiyyətlə nümayiş etdirilmişdir. Onun əsərləri bir çox muzeylərin, qalereyaların fondlarında saxlanılır.

Təsviri sənətimizin inkişafındakı xidmətlərinə görə Cahangir Rüstəmov 1982-ci ildə Əməkdar rəssam, 2004-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. Prezident təqaüdçüsü idi.

Cahangir Rüstəmov 2007-ci ildə ömrünün 81-ci ilində vəfat etmişdir.

Sərgidə rəssamın “Yaşıl çay plantasiyası”, “Bakı”, “İslam memarlıq abidəsi”, “Karfagen yaxınlığında”, “Cənublular. Sosialist yarışmasının qalibləri”, “Qəhrəman sələfimiz”, “Sahil”, “Kür mənzərəsi”, “Torpağın oyanması” kimi tabloları nümayiş olunacaq.

Bəyən və paylaş

Rəylər

rəy(lər)