12 Oktyabr 18:48

Azəri Yurdu Gənclər İctimai Birliyi yeni üzvlər qəbul edir

Azəri Yurdu Gənclər İctimai Birliyi yeni üzvlər qəbul edir.

Azəri Yurdu GİB 2005 ci ildə təsis olunmuşdur, fəaliyyətə isə 2015-ci ildən başlamışdır. 2015- ci ildə “Mədəni Vətəndaş” layihəsini keçirmişdir. Həmçinin, Təşkilat 100-lərlə gəncin beynəlxalq konfranslarda iştirak etməsini təmin etmişdir. 2016- İlin iyulun 30-da səsvermə vasitəsi ilə yeni idarə heyəti seçilmişdir. Təşkilat tərəfindən bu il 100000-dən çox insanın izlədiyi iki videoçarxın çəkilişi baş tutmuşdur. Cəmiyyətdə etik davranışlar mövzusunu əsas tutaraq “Velosiped sürənlərə qarşı mədəniyyət” və “Azərkeş mədəniyyəti” adlı videoçarxlar çəkilmişdir.
İdarə heyətinin qərarı ilə təşkilatın yenidən qurma işləri görülür. Azəri Yurdu gənclər birliyi yeni üzvlər qəbul edir!

Təşkilata üzv olmaqla siz:
1) Təcrübə qazanacaq, yeni insanlarla tanış olacaq və seçdiyiniz iş sahəsində inkişaf edəcəksiniz, hansı ki, sizi hər tərəfli bir şəxsiyyətə çevirəcək və siz öz karyeranızda önəmli bir addım atmış olacaqsınız!
2)Təşkilatda idarəedici və yaxud təşkilatçı olmaqla siz öz liderlik qabiliyyətinizi inkişaf etdirəcəksiniz, hansı ki, gələcəkdə sizə bütün sahələrdə kömək edəcək!
3)Mübadilə proqramlarında iştirak edərək, unudulmayacaq bir təcrübə əldə edəcək və çətinliklərin öhtəsindən gəlməyi öyrənəcəksiniz!
4)Uzun müddətdir həyata keçirmək istədiyiniz layihələri reallaşdıra biləcəksiniz!
5) Geniş kütlə qarşısında çıxış etmə bacarığınızı və özgüvəninizi artıracaqsınız!
6)Düşərgələrdə, seminarlarda, həftəsonu keçirilən proqramlarda iştirak edərək yeni biliklər əldə edəcəksiniz.
7)Yeni insanlarla əlaqə quraraq, gələcəkdə iş həyatınıza töhvə verəcəksiniz!
8 ) Yeni və uzunmüddətli dostluqlar qazanacaqsınız.
9)Əylənəcəksiniz!

Qeyd edək ki, Azəri Yurdu Gənclər İctimai Birliyinə üzvlük tamamilə ödənişsizdir.

AİLƏMİZƏ QOŞULUN, İNKİŞAF EDİN!

Qeydiyyat linki bura daxil olun

Bəyən və paylaş