2 Noyabr 09:35

“Azərsun” Holdinq “Açıq qapı” günləri keçirəcək

“Azərsun” Holdinq Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün “Açıq qapı” günləri keçirəcək.

“Açıq qapı” günündə şirkətin İnsan Resursları Departamenti tələblərimizi işə qəbul prosesi ilə yaxından tanış edəcək və mütəxəssislər sualları cavablandıracaqlar. IQ testindən keçmək istəyən tələbələr təkrar ofisə dəvət ediləcəklər. IQ nəticəsinə görə ən yüksək nəticə göstərən 10 tələbə müsahibəyə çağırılacaqlar.

Tədbirdə şirkətin seçimi əsasında müəyyənləşdirilən III, IV kurs və MBA magistrları iştirak edə bilər. “Açıq Qapı günləri”ndə iştirak etmək istəyən tələbələr CV-lərini mövzu (subject) yerinə “Azərsun Açıq qapı” yazmaqla [email protected] ünvanına göndərmələri xahiş olunur.

“Açıq qapı” noyabrın 11-i və 25-də saat 10:00-dan 13:00-dək təşkil olunacaq.

“Azərsun” Holdinqin İnsan Resursları Departamentinin “Açıq qapı” günlərində hər bir tarix üçün 20 tələbə seçiləcək.

Bəyən və paylaş

Rəylər

rəy(lər)