“Azadlıq aşiqləri günü -20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə azadlıq mübarizəmizin parlaq səhifələrindən olan 1990-cı il 20 yanvar hadisələri zamanı xalqımızın nümayiş etdirdiyi əzmi və fədakarlığı bir daha unutdurmamaq məqsədi ilə “Azadlıq aşiqləri günü -20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsi elan olunur.

İştirakçı ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə ən çoxu 3 işinin fotosunu 2018-ci il dekabr ayının 31-nədək Xətai Sənət Mərkəzinin whatsapp nömrəsinə 051 310 74 01 göndərməlidir.

•Seçim iki yaş kateqoriyası üzrə aparılacaq: 12 yaş qədər və 12-17 yaş arası
•Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək.
•Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
•Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik.
•I turdan keçmiş əsərlər sərgilənmək üçün dəvət olunacaqdır.
•Sərgilənən işlərin müəllifləri diplomla təltif olunacaq və fəal məktəblər tədris mərkəzləri təşəkkürnamə ilə mükafatlandırılacaq.

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək eyni zamanda virtual olaraq Xətai Sənət Mərkəzinin facebook səhifəsinə yerləşdiriləcək.

Bir cavab yazın

Back to top button