AZAKA Yay Məktəbi: Təlimçilər üçün Təlim

AZAKA komandası növbəti Antikorrupsiya Yay Məktəbinin təşkil edilməsi elanını Sizə çatdırmaqdan məmnunluq duyur.

Bildiririk ki, bu dəfəki Yay Məktəbi Təlimçilər üçün Təlim formatında həyata keçiriləcəkdir.

Yay Məktəbinin əsas məqsədi korrupsiya ilə mübarizə sahəsində bilikli və bacarıqlı gəncləri bir araya toplamaq, əldə etdikləri bilikləri öz çevrələrində, olduqları mühitlərdə paylaşmağa hazır olan gənc təlimçilər yetişdirmək, həmçinin yeni təlimçiləri AZAKA-nın fəaliyyətinə cəlb etməklə gələcək layihələrdə aktiv iştiraklarını təmin etməkdir. Yay Məktəbi ərzində iştirakçıların korrupsiya ilə mübarizə, eləcə də təlimçilərin təqdimatında həll edici rol oynayan auditoriya qarşısında çıxış etmək və nitq bacarıqlarını inkişaf etdirəcəklər.

Yay Məktəbi Bakı şəhərində 7-11 avqust 2017-ci il tarixlərində keçiriləcəkdir.

Qeyd etmək istərdik ki, bu təlimin ilkin mərhələsi sayılır və Təlimçi statusunu qazanmaq üçün il ərzində keçiriləcək silsilə təlimlərdə iştirak etmək vacibdir.

Qeydiyyat üçün son tarix 10 iyul 2017-ci il.

Hər hansı sualınız yaranasa [email protected] ünvanına müraciət edə bilərsiniz.

Qeydiyyat üçün:
https://goo.gl/forms/dpleD35rTK25svpk2

Bir cavab yazın

Back to top button