26 İyul 01:13

“AzeCON 4” Festivalı

AzeCON , Azerbaijan Cosplay Convention tədbiri yalnız anime , manga , Cosplayer sevərlər üçün deyil eyni zamanda gamer , Kinoman , komiks sevərlər üçün də nəzərdə tutulub. Konvensiyamıza bütün Geek dəvətlidir.
AzeCON 4de sizi nələr gözləyir ? XBOX , Playstation oyun stendləri və çempionatlar , cosplay yarışması , fotosessiyalar, yapon kuklası – kokeşi workshop , Geek bilik yarışması , rəsm sərgi və yarışması , komiks və manqa alabileceyiniz stendlər , sevdiyiniz qəhrəmanların aksesuar və fiqurlarını alabileceyiniz stendlər … Yeni dostluqlar və BOL əyləncə ! ^ _ ^
Biletleri İçərişəhər – Bookhouse & Cafe dən

əldə edə bilərsiniz. Cafe saat 11:00 və 20:00 arası açıqdır . Bilet sayı məhduddur. Bilet ilə daxil 7 AZN , qapıda ödəniş ilə daxil isə 9 AZNdir .

Vaxt: 7 avqust saat 13:00

Ünvan: ITC Plaza (Atrium hall)

Ətraflı məlumat üçün, könüllü foto çəkmək istəyən fotoqraflar Ülkər Şamxalova ilə əlaqə saxlayın.

AzeCON, `Rəsm Sərgi və Yarışması`nı elan edir!
Sadəcə 1 qalibimiz olacaq və qalib bizdən 8 ədəd ProMarker + surpriz hədiyyə qazanacaq! <3
Qaydalar:
1. Sadəcə 40 əl işi sərgilənəcək. Əl işləri AzeCON komandası tərəfindən seçiləcək.
2. Minimum A4 formatında olmalıdır.
3. Damali/Xətli dəftər kağızında çəkilən rəsmlər qəbul olunmayacaq.
4. İstədiyiniz tərzi istifadə edəbilərsiniz. Suluboya, yağlı boya, qara qələm və s. fərq etmir.
5. Rəsmlərin arxasına Ad Soyad- telefon nömrənizi yazılmalıdır. Əl işləri AzeCONdan sonra sizə geri veriləcək.
7. Bir nəfər maksimum 3 əl işə ilə qatıla bilər.
7. Tema “Anime, manqa, komiks, film, oyun kimi GEEK” daxilində olmalıdır.

13524361_1119261388130770_5590588231509431563_n

İnformasiya dəstəyi: Edumap.az.  AzeCon 3-dən görüntülər. Müəllif: Nicat Etibar

Bəyən və paylaş

Rəylər

rəy(lər)