11 Noyabr 01:18

Azerbaijan Design Forum çərçivəsində poster sərgisi nümayişi keçiriləcək

1919-cu ildə yaranmış və dünya dizayn sənayesinə ciddi təsir göstərmiş Bauhaus məktəbinin 100 illik yubileyi ilə əlaqədar Azerbaijan Design Forum çərçivəsində poster sərgisi nümayiş etdirəcəyik. Sizin də burada iştirak etmək şansınız var.

Sərgidə iştirak üçün Bauhaus məktəbinə xas olan üslubda poster dizaynı etmək lazımdır. Seçilən ən yaxşı işlər forum zamanı dəhlizdə, həm də ekranda nümayiş olunacaq.

İştirak qaydaları:

  1. Təqdim olunan posterlər A2 (420×594 sm) ölçüdə olmalıdır.
  2. Göndərmək üçün son tarix 20 noyabr 2019.
  3. Hər iştirakçı maksimum iki (2) poster göndərə bilər.
Poster dizaynları [email protected] e-mailinə göndərilməlidir.
Bəyən və paylaş

Rəylər

rəy(lər)