Cümə axşamı, 21 Avqust, 2025

“Azerbaijani Women in Science” II Forumu


  • Dərc edildi: 2 Oktyabr, 2021 - 15:17
“Azerbaijani Women in Science” II Forumu

AWiS-in ilk onlayn paneli “Azerbaijani Women in Science” II Forumu çərçivəsində Təhsil Nazirliyində doktorantura təhsili üzrə proqram mütəxəssisi Fatma Isayeva-Abdullazada, İqtisadiyyat Nazirliyi yanında 4 -cü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzində Rəqəmsal iqtisadiyyat şöbəsində layihə mütəxəssisi Gülminə Məlikzadə, Azərbaycan Respublikasının Təhsil İnstitutunda Milli və Beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsində baş mütəxəsis Aygün Qurbanlı, Bakı Dövlət Unversitetində tarix elmləri üzrə professor Lalə Əliyeva və gənc tarixçi Səbinə Rəsulzadənin təqdimatında “Azərbaycan Qadını keçmişdə və indi” mövzusunda olacaqdır. Paneldə müzakirə olunacaq mövzular: -Azərbaycan xanımın keçmişindəki həyat: cəmiyyət sərhədləri, ailələr, patriarxist mədəniyyət, diskriminasiya və tariximizdə niyə az sayda Azərbaycan qadını var idi? -Sərhədlərin dəyişdirilməsi: imperiyanın təsiri, keçmişdə Azərbaycan xanimlara kim dəstək oldu: bərabərliyə doğru hərəkət edən Hacı Zeynallabdin Tağıyev məktəbi, xeyriyyəçilik fəaliyyəti və ailəsi -Sovet dövründə Azərbaycan qadınları ( + ikinci dunya muharibesinin xanim-qehremanlari) -Azerbaycan xanimi post sovet və muassir dövrdə -Gənc yaşdan qız usaqlarının elmi və akademik fəaliyyətlərlə məşğul olmaları üçün maarifləndirmək və elm sahəsində irəliləyən gənc xanımları dəstəkləmək üçün hansı addımlar atımalıdır ? Panel Azərbaycan Qadını Elmdə-nin Facebook səhifəsi üzərindən 04 Oktyabr 2021-ci il tarixində saat 19:00-dan etibarən canlı yayımlanacaq. Qeydiyyat üçün link: https://lnkd.in/dDHr_3sp

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 188
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7126
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1850
Azərbaycan Texnologi...