Azərbaycan Beynəlxalq Bankı  Ağsu  regionu üzrə Kassir vakansiyası elan edir

Azərbaycan Beynəlxalq Bankı  Ağsu  regionu üzrə Kassir vakansiyası elan edir:

Vəzifə öhdəlikləri:

 

ü   Müştəriləri bankdaxili qaydalara uyğun olaraq qarşılamaq və onlara peşəkar xidmət göstərmək;
ü   Mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək, bu əməliyyatları Bankın müvafiq avtomatlaşdırılmış əməliyyat sistemində icra etmək;
ü  Qanunvericiliklə müəyyən edilmiş qaydada yararsız hesab edilən pul əskinaslarını qanunvericiliyə və bankdaxili qaydalara (mövcud olduqda) uyğun qəbul etmək, onları dəyişdirmək;
ü   Müştərilərin sorğu və müraciətlərini daxili prosedur və qaydalara uyğun, operativ şəkildə icra etmək;
ü   Bankın məhsulları və xidmətləri haqqında məlumatlara malik olmaq, vaxtlı-vaxtında belə bilikləri yeniləmək;

ü  Ödəmə terminallarının inkasassiyasını həyata keçirmək.

 

Vakant vəzifə üzrə tələblər:

 

  • Ali təhsill;
  • İş təcrübəsi tələb edilmir;
  • Ünsiyyətçilik, vicdanlılıq, təşəbbüskarlıq; 
  • Komandada işləmək bacarığı; 
  • Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti; 
  • İşdə dəqiqlik və detallara fikir vermək və yüksək məsuliyyət qabiliyyəti.

 

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi  25 yanvar 2020-ci il  tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərsiniz.Məktubun mövzu hissəsində vəzifə adının “Kassir (Ağsu ) Edumap.az “ şəklində göstərilməsi xahiş edilir.

Bir cavab yazın

Back to top button