18 Mart 15:55

Azərbaycan Beynəlxalq Bankı Bərdə regionunda Müştəri Xidmətləri üzrə Mütəxəssis (Əməliyyatçı) vakansiyası elan edir

Azərbaycan Beynəlxalq Bankı Bərdə regionunda Müştəri Xidmətləri üzrə Mütəxəssis (Əməliyyatçı) vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

– Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;

-Hüquqi və fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlar həyata keçirmək;

– Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq, icrasını təşkil etmək;

– Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;

– Müştərilərə POS-terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərmək, iş gününün sonunda zəruri müxabirləşmələr aparmaq;

– Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək;

– Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, Bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək;

Vakant vəzifə üzrə tələblər:

– Ali təhsil;

– Ofis proqramlarında sərbəst iş bacarığı;

– Ünsiyyət qurma bacarığı, işə məsuliyyət;

– Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti;

Namizədlər öz CV-lərini 30 mart 2020-ci il tarixinədək

Məktubun mövzu hissəsində “Əməliyyatçı/Bərdə Edumap.az”qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Bəyən və paylaş