Azərbaycan Beynəlxalq Bankı Dövlət İpoteka Kreditləşməsi üzrə mütəxəssis vakansiyası elan edir

Azərbaycan Beynəlxalq Bankı Dövlət İpoteka Kreditləşməsi üzrə mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Görəcəyiniz işlər:

 

  • Müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək;
  • Kredit portfelini formalaşdırmaq və idarə etmək;
  • Müştərilərə bank məhsullarının təqdim olunması və çarpaz satışların aparılmaq;
  • Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq;
  • Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək;
  • Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
  • Dövlət İpoteka Kreditləşməsi üzrə elektron ipoteka sistemi ilə işləmək;
  • Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək.

 

Bizim üçün ideal namizəd:

 

  • Ali təhsili olan (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.);
  • Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı olan;
  • Azərbaycan dilində səlist danışan/yazan (xarici dil bilikləri olanlara üstünlük verilir);
  • Dövlət İpoteka kreditləşməsi üzrə ən azı 1 il təcrübəsi olan bir şəxsdir.

 

 

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

 

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Dövlət İpoteka Kreditləri üzrə mütəxəssis Edumap.az” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

Əlavə məlumat üçün: www.ibar.az

Bir cavab yazın

Back to top button