Azərbaycan Beynəlxalq Bankı Pirallahı şöbəsinə aşağıdakı vəzifələr üzrə vakansiya elan edir

Azərbaycan Beynəlxalq Bankı Pirallahı şöbəsinə aşağıdakı vəzifələr üzrə vakansiya elan edir:

1. Xəzinədar
2. Müştəri xidmətləri üzrə mütəxəssis(Əməliyyatçı)
3. Pərakəndə kreditlər üzrə mütəxəssis

Bizim komandamıza qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq;
Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;

Bizim üçün ideal namizəd:
· Ali təhsilli (İqtisadi arzuolunandır)
· MS Office proqramları iş bacarığı olan
· Azərbaycan dilində səlist danışan/yazan (rus və ingilis dili bilikləri olanlara üstünlük verilir)
· Aktiv , ünsiyyətçil , riyazı biliklərə malik olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Pirallahı/İddia etdiyiniz vəzifə adı ” şəklində göstərilməsi xahiş edilir.

Bir cavab yazın

Back to top button