24 Sentyabr 20:18

Azərbaycan Beynəlxalq Bankı  Quba filialına Xəzinədar (Kassir) vakansiyası elan edir

Azərbaycan Beynəlxalq Bankı  Quba filialına Xəzinədar (Kassir) vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 ATM-lərin fasiləsiz işləməsi işinin təşkil edilməsi;
 Bankomatları yükləmək məqsədilə lazım olan məbləğlə qiymətlilərin alınmasına avans sifarişinin yazılması və təşkil edilməsi;
 Kassa sənədlərinin tərtib edilməsi və saxlanması üzrə müəyyən edilmiş qaydalara riayət etmək;
 Əməliyyat üçün hər bir bankomata qiymətlilərin bölünməsi, sayılması kasetlərə qablaşdırılması işinin təşkili;
 Nağd pulu saymaq, dövriyyəyə yararsız əskinasları ayırmaq, əskinasları nominal üzrə ayırmaq, banderolla dəstlərə bağlamaq

Vakant vəzifə üzrə tələblər:

 Ali iqtisadi təhsill;
 Bankda ən azı 3-5 illik xəzinədar vəzifəsi üzrə stajı olan namizədlərə üstünlük verilir;
 Komandada işləmək bacarığı;
 Analitik zəka;
 Riyazi hesablama aparmaq qabiliyyəti;
 İşdə dəqiqlik və detallara fikir vermək və yüksək məsuliyyət qabiliyyəti.
Qeyd 1: Qubada yaşayan namizədlərə üstünlük verilir

Bu iş sizə nələri qazandıracaq:

 Bankın xəzinə əməliyyatlarını dərindən öyrənmə imkanları;
 İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları.

Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 01 Oktyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Xəzinədar (Kassir)_Quba Edumap.az” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)