Azərbaycan Beynəlxalq Bankı Satış təmsilçisi (Promoter) vakansiyası elan edir

Azərbaycan Beynəlxalq Bankı Satış təmsilçisi (Promoter) vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

 Vəzifə öhdəlikləri:

  • Bankın Gənclik Mall, 28 Mall və Sea Breeze-də yerləşən stendlərə bank məhsullarının ( Daxili ipoteka, tikinti krediti, tam kart və s)  dolayı yolla satışını həyata keçirmək;
  • Broşur, buklet və digər məlumat xarakterli məlumatların müştərilərə təqdim edilməsi.

Bizim üçün uyğun namizəd:

  • Yüksək ünsiyyətqurma qabiliyyətli;
  • Azərbaycan və rus dillərini yaxşı bilən şəxsdir (ingilis dili arzuolunandır)

 

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi  [email protected]  elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Satış təmsilçisi şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Əlavə məlumat üçün: www.ibar.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir