25 İyul 19:16

Azərbaycan Beynəlxalq Bankının Korporativ idarəetmə və metodologiya şöbəsində vakansiya!

Azərbaycan Beynəlxalq Bankının Korporativ idarəetmə və metodologiya şöbəsində vakansiya!

Vəzifə öhdəlikləri:

– Bankdaxili biznes prosesləri reqlamentləşdirən normayaradıcı sənədlərin (prosedur, təlimat, metodiki göstərişlər, siyasət və s.) layihələrinin hazırlanması işində iştirak etmək;

– Bankdaxili biznes prosesləri reqlamentləşdirən normayaradıcı sənəd layihələrinin metodoloji təhlilini aparmaq;

Mövcud daxili normativ sənədlərin təkmilləşdirilməsi və yenilənməsi istiqamətində təkliflər vermək;

– Bankdaxili biznes prosesləri reqlamentləşdirən normayaradıcı sənədlərin reyestrini təşkil etmək və aparmaq;

– Reqlamentləşdirilən biznes proseslərin optimallaşdırılması ilə bağlı təkliflər vermək. Vəzifə üzrə tələblər:

– Ali təhsil (hüquq, iqtisadiyyat və ya maliyyə istiqamətləri);

– Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının bank-maliyyə sahəsini tənzimləyən normativ xarakterli aktları ilə tanışlıq;

– Bank əməliyyatlarının mahiyyəti, onların aparılması texnikası ilə tanışlıq;

– Azərbaycan dilində səlis yazı və danışıq bacarığı

– Bank sahəsində ən azı 1 il iş təcrübəsi (əməliyyat, əməliyyatlara nəzarət və ya proseslərin idarə edilməsi sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir).

Müraciət üçün :

Bəyən və paylaş

Rəylər

rəy(lər)