30 Sentyabr 20:04

Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi

Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi

 

10-12 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi keçiriləcək. Sərgi zamanı “İrəli” İctimai Birliyinə də öz fəaliyyətini əks etdirəcək stend ayrılıb.

Sərgi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dəstəklənir. Həmçinin sərgiyə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi dəstək göstərir.

“EduExpo” sərgisi Ölkədə və regionda təhsil sahəsinə həsr olunan və aparıcı yerli və xarici ali təhsil müəssisələrini, təhsil mərkəzlərini, dil kurslarını, eləcə də xaricdə təhsil üzrə konsaltinq şirkətlərini bir araya gətirən irimiqyaslı beynəlxalq sərgidir. Sərgi zamanı Azərbaycanın aparıcı ali təhsil müəssisələri bir arada olacaq və gənclər daha geniş məlumata sahib olacaqlar.

“EduExpo” sərgisi Azərbaycanda təhsil xidmətlərinin təşviqi üçün ən səmərəli vasitələrdən biridir. Bu sərgi həm yerli, həm də xarici ali təhsil müəssisələrinə əsas hədəf auditoriyası – şagirdlər və onların valideynləri ilə görüşlərin keçirilməsi, eləcə də işgüzar əlaqələrin qurulması və möhkəmləndirilməsi üçün imkan yaradan unikal platformadır. Sərgidə iştirak edərək Siz, təhsil sahəsində ən son nailiyyətlər, innovasiyalar, perspektivli startaplar və təhsil prosesində İT texnologiyalarının tətbiq mexanizmlərini nümayiş etdirə bilərsiniz. Eyni zamanda şagirdlər də seçim zamanı çətinliklərlə üzləşməmək üçün ali təhsil müəssisələri haqqında daha geniş məlumat əldə edəcəksiniz.

Ölkədə və regionda təhsil sahəsinə həsr olunan aparıcı yerli və xarici ali təhsil müəssisələrinin, təhsil mərkəzlərinin, eləcə də xaricdə təhsil üzrə konsaltinq şirkətlərini bir araya gətirən irimiqyaslı beynəlxalq sərgidə xarici iştirakçıların sırasında Almaniya, Belarus Respublikası, Çex Respublikası, İran, İsveç, Qazaxıstan, Latviya, Litva, Macarıstan, Niderland Krallığı, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Türkiyə və Yunanıstanın nümayəndələri yer alır. Azərbaycan İlahiyyat İnstitutu, Daşkənddə yerləşən Sinqapur Menecmentin İnkişafı İnstitutu, Lublin Mariya Kyuri-Sklodovski adına Universiteti, Moskva Fasiləsiz Təhsil İnstitutu (İNO), Şahid Behişti adına Tibb Universiteti, Novosibirsk bölgəsinin universitetləri, Dövlət İmtahan Mərkəzi, “Rəqəmsal bacarıqlar” layihəsi və LexSolar şirkəti sərgidə debüt edəcək.

3 gün ərzində Sizləri bizimlə olmağa, birlikdə həm yenilikləri bilmək, həm də qurumlar və fəaliyyətləri haqqında geniş məlumata sahib olmağa səsləyirik.

 

Qeyd edilən linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz: http://ireli.az/2019/09/tehsil-sergisi/?fbclid=IwAR3c9ikkc_hITFIXJoyDWasZY66z_xzaUfGsi2E5ubn-uKi983g4jUmE7ho

Bəyən və paylaş

Rəylər

rəy(lər)