26 Sentyabr 16:13

“Azərbaycan Dəmir Yolları” QSC könüllülər üçün maaşlı təcrübə proqramı elan edir

“Azərbaycan Dəmir Yolları” QSC könüllülər üçün təcrübə proqramı elan edir.
Proqrama xidməti müqavilə ilə cəlb ediləcək gənclərdən heç bir ixtisas və iş təcrübəsi tələb edilmir. Bütün ali məktəblərin bakalavr pilləsində təhsil alan gənclər iştirak edə bilərlər.
Təcrübəçilərə aylıq 150 AZN xidmət haqqı ödəniləcək.

Onlar adaptasiya təlimi, fərdi inkişaf təlimləri (müsahibə bacarığı, korporativ işgüzar münasibətlər, vaxtın idarə olunması, konfliktlərlə iş, stressin idarə olunması kimi və s.), SƏMTTE (Sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya) təlimləri və fəaliyyət göstərəcəkləri sahə üzrə təlimlərə cəlb olunacaqlar.
Proqramda 17-27 yaş aralığında olan fəal gənclərə üstünlük verilir. Prosesdə iştirak edəcək gənclərdə səmərəli ünsiyyət qurmaq bacarığı, nizam-intizamlılıq, məqsədyönlülük, nəticə yönlülük, komanda ilə işləyə bilmək kimi fərdi keyfiyyətlərin olması arzu edilir.
Təcrübə 3 ay davam edəcək. Təlimləri uğurla bitirən könüllülərə təşəkkürnamə və xüsusi seçilən təcrübəçilərə fərqlənmə sertifikatı veriləcək.
Müraciətlər bu il oktyabrın 7-dək qəbul olunacaq.
Qeydiyyat üçün: https://ady.az/az/career/vacancy/69/1600

Bəyən və paylaş

Rəylər

rəy(lər)