30 Mart 23:36

“Azərbaycan Diaspor Könüllüləri” proqramına start verildi

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 fevral tarixli Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərə əsaslanaraq “Azərbaycan Diaspor Könüllüləri” adlı yeni proqrama başlayır.
Proqram çərçivəsində diaspor könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər seçiləcək. Proqramda iştirak arzusunda olanlar 10 aprel 2019-cu il tarixinədək Dövlət Komitəsinin rəsmi internet saytında (http://diaspor.gov.az/volunteers/) yerləşdirilmiş müvafiq formanı doldurmalıdırlar.
Müraciət edənlər içərisindən seçilmiş “Azərbaycan Diaspor Könüllüləri” 2 ay müddətində Dövlət Komitəsində müvafiq Könüllülük proqramı keçəcəklər. Proqramın ilk iki həftəsi gənclərə könüllülük fəaliyyəti, diaspor, Azərbaycan diaspor hərəkatı haqqında ümumi məlumatlar veriləcək. Növbəti həftələrdə isə proqram ayrı-ayrı qruplar şəklində müvafiq struktur şöbələrində davam etdiriləcək. Proqramda tam iştirak etmiş gənclərə Dövlət Komitəsi tərəfindən sertifikatlar veriləcək.

Könüllülərin diaspor sahəsində dövlət siyasətinə ictimai dəstəyin təşkilində, müxtəlif yerli və beynəlxalq layihələrdə, diaspor gənclərinin müxtəlif ölkələrdə keçirdiyi tədbirlərdə və uyğun maarifləndirici aksiyalarda iştirak etməsi nəzərdə tutulur.

Əlaqələndirici şəxs, Azərbaycan Diaspor Könüllüləri ilə iş üzrə koordinator Bəxtiyar Rəhimov.
Tel.: (012) 493 10 54; E-mail: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)