29 May 12:42

“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək

“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək

11 oktyabr 2019-cu il tarixində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə türkoloq alim Məhəbbət Mirzəliyevanın 70 illiyinə həsr olunan “Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfransda “Məhəbbət Mirzəliyeva şəxsiyyəti və dilçilik görüşləri”, “Müasir Azərbaycan dilinin tədqiqi məsələləri”, “Türk filologiyasının aktual problemləri”, “Ümumi və nəzəri dilçilik məsələləri”, “Dil tarixi və dialektologiya” və “Ortaq türkcə: əlifba,  imla, termin” mövzularında müzakirələr aparılacaq.

Tədbirdə iştirak etmək istəyənlər məqalələrini elektron formada 10 iyul 2019-cu il tarixindən gec olmayaraq [email protected] ünvanına göndərməlidir.

Məqalənin strukturu və tərtibi qaydaları:

-Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi, həmçinin məqalənin adı qalın şriftlə, təşkilat və şəhərin adı adi şriftlə;

– Həcm: 5 səhifəyə qədər, format A4, ölçü 12, şrift  Times New Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25;

– Xülasə: Azərbaycan və ingilis dilində;

– Açar sözlər məqalənin adından sonra göstərilməli;

– Ədəbiyyata istinadlar: müəllifin soyadı, əsərin nəşr ili, səhifəsi ardıcıllığı ilə verilməlidir.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 115.

Tel.: (+994 12) 538 93 21.

Bəyən və paylaş

Rəylər

rəy(lər)