Azərbaycan Dövlət Pedaqoji Kolleci tyutor (akademik məsləhətçi) vəzifəsini tutmaq üçün müsabiqə elan edir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində
Azərbaycan Dövlət Pedaqoji Kolleci tyutor (akademik məsləhətçi) vəzifəsini tutmaq üçün müsabiqə elan edir!

Tələblər:
Təhsili : Ali
Azərbaycan Respublikasının təhsil qanunvericiliyini bilmək;
Ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını bilmək;
Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
Ünsiyyətdə mehribanlıq və gülərüzlülük;
Operativ çalışma və məsuliyyətlilik;
Komanda ilə işləmək bacarığı;
İşi vaxtında və yüksək keyfiyyətlə tərtib etmək bacarığı;
Rus və İngilis dilini bilməsi arzuolunandır.
Tyutor vəzifəsi üzrə təcrübəsi olanlara və ya tyutor təlimlərində iştirak edənlərə üstünlük veriləcəkdir.

İş rejimi: həftə içi 5 gün saat 08:30-17:30
İş Yeri: Bakı ş.Yasamal rayonu, İnşaatçılar pr. 45 (əsas korpus) və Bakı şəh. Sabunçu qəsəbəsi (ikinci korpus)
Əmək haqqı təhsil işçilərinin VTC-yə əsasən müəyyən olunur.

Maraqlanan şəxslər şəkilli CV-lərini 31.07.2020-ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
Telefon: (012) 539 11 51

Bir cavab yazın

Back to top button