Azərbaycan-Fransız Universitetində 1-ci Beynəlxalq Elmi Konfrans keçiriləcək

30 noyabr – 1 dekabr 2021-ci il tarixlərində Azərbaycan-Fransız Universitetində keçiriləcək 1-ci Beynəlxalq Elmi Konfransa qeydiyyat başlandı.
2 gün davam edən konfransın əsas qonağı Strasburq Universitetinin professoru, kimya üzrə Nobel mükafatı laureatı Jean-Marie Lehn olacaq.
Elmi konfrans kimya, kompüter elmləri və yer elmləri sahəsində 3 fərqli mövzü üzrə müxtəlif məsələlərə həsr olunacaq.
Elmi konfransda gənc alim və tədqiqadçılar üçün öz təqdimatları ilə çıxış etmək imkanı yaradılacaq. Bunun üçün onlar ən gec noyabrın 25-ə kimi aşağıdakı linkdən qeydiyyatdan keçərək öz posterlərini təqdim etməlidirlər.
Konfransda iştirakçı qismində qatılmaq istəyən dinləyicilər isə portalda simple participant kimi qeydiyyatdan keçməlidirlər.
Tədbirin dili ingilis dilidir.
Qeydiyyat üçün daxil olun: https://lnkd.in/emUW2gaX