Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının budəfəki Region görüşü Lənkəran şəhərində baş tutdu


Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının budəfəki Region görüşü Lənkəran şəhərində baş tutdu.




advertisement
Görüşdə Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, dərsdənkənar fəaliyyətin təşkili üzrə kurator Cəmil Axundzadə, 50-yə yaxın gənc müəllim, AGMA-nın Lənkəran şəhər üzrə koordinatoru Faiq Şıxaliyev və AGMA-nın sədri Rüfət Əsədzadə iştirak etdi.




Tədbir zamanı Cəmil Axundzadə çıxış edərək gənc müəllimlərə sinif rəhbərlərinin işi, dərsdənkənar fəaliyyətlər haqqında tövsiyələr verdi.

advertisement



Lənkəran şəhərində fəaliyyət göstərən gənc müəllimlərə Rüfət Əsədzadə AGMA haqqında məlumat verərək Assosiasiyaya üzv olmağın yollarını izah etdi, “İdeal müəllim necə olmalıdır?" haqqında müəllimlərlə müzakirə edərək onlara öz təcrübəsində sınanmış metodları tövsiyə etdi. Lənkəran şəhərində fəaliyyət göstərən gənc müəllimlər sual-cavab sessiyasında aktiv iştirak etdilər.


advertisement


Sonda görüş iştirakçıları xatirə şəkli çəkdirdilər.



advertisement

Görüşün təşkili üçün Lənkəran şəhər koordinatoru Faiq Şıxaliyevə, göstərdiyi dəstəyə görə Lənkəran Şəhər Təhsil Şöbəsinə, görüş zamanı aktivlik göstərdikləri üçün gənc müəllimlərə təşəkkürlərimizi bildiririk.




advertisement
Media tərəfdaşımız Edumap.az təhsil portalıdır.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az