Cümə axşamı, 21 Avqust, 2025

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası regional koordinatorların seçim mərhələsinə yenidən start verir


  • Dərc edildi: 9 Oktyabr, 2021 - 15:58
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası regional koordinatorların seçim mərhələsinə yenidən start verir

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası regional koordinatorların seçim mərhələsinə yenidən start verir!
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) illik fəaliyyətləri çərçivəsində regionlarda gənc müəllimlərin əlaqələndirilməsi, təşkilatın tədbirlərinin əlçatanlığının təmin edilməsi, üzvlərin ilkin təlimatlandırılması və onların vahid sistem üzrə idarəetməsinin təşkili məqsədilə regional koordinatorların seçiminə start verilir.
Tələblər və meyarlar:
- Dövlət ümumtəhsil məktəblərində hazırda pedaqoji işçi kimi çalışmalı
- Yaşı 35-dən aşağı olmalı
- AGMA-nın fəaliyyətlərinə könüllü olaraq qoşulma təşəbbüsünə malik olmalı
- İKT bacarıqları yüksək olmalı
- Pedaqoji stajı 3 ildən çox olmalı
- Məsuliyyətli, komandada işləmə, liderlik, təhlil etmə və ünsiyyət bacarıqları olmalı
- Aktiv sosial şəbəkə istifadəçisi olmalı
Vəzifə funksiyaları və öhdəlikləri:
• AGMA şəbəkəsinə daxil olan təmsil etdiyi region üzrə müəllimlərlə işi təşkil etmək;
• AGMA-nın fəaliyyət istiqamətləri üzrə üzv müəllimlərlə iş mexanizmi və strategiya ilə tanış etmək;
• Təmsil etdiyi region üzrə whatsapp və ya digər kommunikasiya imkanları yaratmalı. Bu platformanın daimi və işlək olmasını təmin etmək;
• Üzvlərlə birbaşa kommunikasiya aparmaq və onları müvafiq məlumatlarla təmin etmək;
• Göndərilən məlumatları üzvlər arasında zamanında və düzgün paylaşmaq, sorğular keçirmək və ehtiyacları müəyyənləşdirmək;
Seçimlər 3 mərhələdə aparılacaqdır.
Mərhələ 1: Qeydiyyat anketinin qiymətləndirilməsi
Qeydiyyat anketini doldurmaq üçün linkə daxil olaraq məlumatları yazmaq lazımdır.
Qeydiyyat keçidi: https://ref.az/8GNVnS
Qeydiyyatın bitmə tarixi: 12 oktyabr 2021-ci il saat 23:59
Mərhələ 2: Müsabiqənin təşkili
Müsabiqə mərhələsində namizədlər məntiqi təfəkkürü, idarəetmə və ünsiyyət bacarıqlarını ölçən testlərdən keçəcəklər. Test onlayn şəkildə aparılacaq. Testin linki 1-ci mərhələni uğurla adlamış namizədlərin elektron poçtuna göndəriləcəkdir. Test verilmiş zaman çərçivəsində aktiv olacaqdır.Xahiş olunur, elektron poçtunuzu düzgün qeyd edəsiniz.
Müsabiqənin keçirilmə tarixi: 17 oktyabr 2021-ci il saat 19:00 - 20:00
Mərhələ 3: Müsahibənin təşkili
İkinci mərhələni uğurla başa vuran namizədlər müsahibəyə dəvət olunacaqlar. Müsahibə mərhələsiylə bağlı məlumatlar da namizədlərin elektron ünvana göndəriləcəkdir.Bu mərhələdə əlavə ölçü meyarı kimi namizədlər barədə RTŞ-lərdən tövsiyələr də alınacaqdır.
Müsahibənin keçirilmə tarixi: 18-31 oktyabr 2021-ci il
Mərhələləri uğurla başa vurmuş namizədlərlə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası arasında 1 illik könüllülük müqaviləsi bağlanılacaqdır. Bu müqaviləyə əsasən regional koordinatorlar vəzifə öhdəliklərini həyata keçirəcəklər. Bununla yanaşı, il ərzində regional koordinatorlar müxtəlif təlimlərə və master klasslara cəlb olunacaq, onların peşəkar bilik və bacarıqlarının artırılmasına dəstək olunacaqdır.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 210
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7132
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1853
Azərbaycan Texnologi...