17 İyul 19:18

“Azərbaycan gənc müəllimlərinin Yay Məktəbi” keçiriləcək!

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən “Azərbaycan gənc
müəllimlərinin Yay Məktəbi” keçiriləcək!
Yay Məktəbində Bakı və bölgələrdən olan gənc müəllimlər təcrübə mübadiləsi edəcək, assosiasiyanın məqsədi, hədəfi, strategiyası, vəzifələri ətrafında müzakirələr aparacaqlar.

Yay məktəbi 23-26 iyul 2019-cu il tarixlərində Şəki şəhərində keçiriləcəkdir. Yay məktəbində gənc müəllimlər nəqliyyat, yaşayış və qidalanma ilə təmin olunacaqlar.
“Azərbaycan gənc müəllimlərinin Yay Məktəbi”ndə iştirak etmək istəyən müəllimlər 18 iyul 2019-cu il, saat 23:59-dək aşağıdakı qeydiyyat linki vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Nəticələr 19 iyul 2019-cu il tarixdə gün ərzində elan olunacaqdır.
Qeydiyyat linki:
http://registration.agma.az/

Bəyən və paylaş