Təlim proqramını elan edirik! 🙂 Ikinci təlim 15 Avqust, 18:30-21:30 arası baş tutacaq. Hər həftənin Çərşənbə axşamı olacaq. 3 saatlıq təlimdə hər həftə eyni proqram fərqli iştirakçılarla olacaq. Təlimdə kinematoqrafiya, intervyu bacarıqları və film haqqında digər təməl biliklər öyrədiləcək. Təlim ödənişsizdir (!) və burada yalnız 25 yaş və aşağı olan insanlar iştirak edə bilər.
İştirak etmək üçün iştirak ərizəsini linkdən doldurun: https://goo.gl/1MDk3w
Məkan: Caspian Business Center, AAA təlim otağı, 2-ci mərtəbə.