18 May 21:56

“Azərbaycan: gənclər və psixologiya II” konfrans keçiriləcək

#Psixologiya sahəsində təhsil alan tələbələrin diqqətinə!

“Azərbaycan: gənclər və psixologiya II” konfrans keçiriləcək.
Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (#ATGTİ) və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin birgə təşkilatçılığı ilə psixologiya sahəsində təhsil alan və işləyən gənclər üçün 2-ci “Azərbaycan: gənclər və psixologiya” konfransı baş tutacaq.

Konfransda Üsküdar Universitetinin rektoru Türkiyənin tanınmış psixoloqu və Azərbaycandakı universitetlərin bir çoxunda psixologiya ixtisasında tədris olunan bir sıra kitabların müəllifi Prof. Dr. Nevzat Tarhan və həkim psixiatr Orxan Fərəclinin “Klinik tedavi başarısında psikoterepatik faktörler” mövzusu ətrafında çıxışları dinləniləcək.

Tarix: 2 iyun 2017
Saat: 11:00
Məkan: “Fairmont Baku Flame Towers”

Ətraflı məlumat:
012-564-10-60 (Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi)
012-493-96-24 (ATGTİ)

#Qeyd: Seminar tamamilə ödənişsizdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)