24 Yanvar 10:20

“Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda konfrans keçiriləcək

“Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda konfrans keçiriləcək

28 mart 2019-cu il tarixində AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə “Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək.

Konfrans “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” ölkə başçısının 17 dekabr 2018-ci il tarixli Sərəncamı çərçivəsində baş tutacaq.

Tədbirin məqsədi ədibin çoxşaxəli bədii və ictimai fəaliyyətini, zəngin yaradıcılığını bir daha tədqiqat predmetinə çevirmək, onun milli ədəbiyyatın, dramaturgiyanın, teatr və kino sənətlərinin inkişafındakı müstəsna xidmətlərinə işıq salmaqdır.

Konfransa qatılmaq istəyən teatr xadimləri, alim və mütəxəssislər, doktorant, dissertant və  magistrantlar iştiraketmə ərizəsini (Forma 1) doldurmaqla məruzənin tezislərini və məruzəni elektron formada 15 mart 2019-cu il tarixindən gec olmayaraq ([email protected]) ünvanına göndərməlidir.

Təşkilat komitəsi konfransın mövzu dairəsinə uyğun gəlməyən və tələblərə cavab verməyən materialları dərc etməmək hüququnu özündə saxlayır. Məruzənin qəbulu barədə məlumat 20 mart 2019-cu il tarixinədək müəllifə onun ərizədə göstərdiyi ünvan vasitəsilə çatdırılacaq.

Qəbul edilmiş məruzələr konfransdan sonra “İncəsənət və mədəniyyət problemləri” beynəlxalq elmi jurnalında dərc olunacaq.

Tel.: (+994 12) 539 35 16; (+994 50) 344 70 88; (+994 77) 606 03 93.

Bəyən və paylaş

Rəylər

rəy(lər)