Azərbaycan Kinematoqrafçılar İttifaqının növbəti kinoyazar.az adlı yeni saytı fəaliyyətə başlayıb

Azərbaycan Kinematoqrafçılar İttifaqının növbəti kinoyazar.az adlı yeni saytı fəaliyyətə başlayıb. Azərbaycanda, eləcədə dünya kinosunda baş baş verən yeniliklərdən bəhs etməyi qarşısına məqsəd qoyan kinoyazar.az saytında müasir kinonun problemləri ilə yanaşı, dünya kinosunun da ekran nümunələrinin müzakirə və tənqidi yer alacaq. AKİ-nin kinoşünaslar və kinoyazarlar üçün təsis etdiyi yeni saytda artıq Aygün Aslanlı, Aliyə Dadaşova, Sevda Sultanova, Hacı Səfərov və başqa müəlliflərin məqalələri yer alıb. Xatırladaq ki, sayt məşhur amerikalı dramaturq və ssenarist Kristofer Voqlerin “Qəhrəmanın səyahəti” adlı sxeminə əsasən hazırlanıb. “Çağırış”, “Çağırışın rəddi”, “Təmas”, “Yaxınlaşma”, “Sınaq”, “Mükafat”, “Yenidən doğulma” adlı kateqoriyalara bölünmüş saytda istifadəçilər həm də yerli rejissor və ssenaristlərin ssenariləri ilə də tanış ola biləcəklər. Kinoyazar.az saytı ilə paralel olaraq saytın feysbuk və instaqram səhifələri də istifadəyə verilib. Sosial şəbəkə hesablarında, saytda yerləşdiriləcək yeni məqalələrin elanları ilə yanaşı, dünya kino ustadlarının fikir və tövsiyələri və s. məlumat yer alacaq. sayt: kinoyazar.az feysbuk: @kinoyazar.az İnstaqram: https://www.instagram.com/kinoyazar.az/  
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az