Azərbaycan Kinosu Gününə həsr olunmuş açıq havada Kinosevərlər Gecəsi keçiriləcək

2 avqust YARAT Müasir İncəsənət Məkanının qarşısında20:00-dan 00:00-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə Azərbaycan Kinosu Gününə həsr olunmuş açıq havada Kinosevərlər Gecəsi keçiriləcək. Proqram nüfuzlu film festivallarında uğurqazanan milli filmlərin premyeralarındanibarətdir. Filmlər Azərbaycan dilində (ingilis dilində altyazıilə) nümayiş olunacaq. Proqram: “Olimpiya”, 2021, Azərbaycan, melodrama, 67dəq. Rejissor: Əli-Səttar Quliyev Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSRİ-ninpaytaxtı Moskva şəhərində başlayıb, 2015-ci ildəAzərbaycanın mənzərəli şimal-qərb bölgələrindənbirində davam edibvə uzaq Kubada sonaçatıb. Moskva Olimpiadasının bürüncmükafatçısı İlqar Süleymanov uzun müddətdir,peşəkaridmandan uzaqlaşıb, doğma qəsəbəsində sakit həyat sürür. İlqar yerli orta məktəbdə bədəntərbiyəsi müəllimidir. Günlərin bir günü İlqarınevinin qapısı döyülür və həyatı tamamilə dəyişir... “Daxildəki ada”, 2020, Azərbaycan / Fransa, dram, 100 dəq. Rejissor: Rüfət Həsənov Treyler:https://www.youtube.com/watch?v=7GHhfIK4Clg Baş qəhrəman Seymur Tahirbəyov dünyanınqabaqcıl qrossmeysterlərindən biridir.Karyerasının ən önəmli oyunundan bir neçə həftəöncə özünü kəşf etmək məqsədilə yalnız bir nəfər sakini olan adaya xəlvətcə yola düşür. “Axşama doğru”, 2020, Azərbaycan, dram, 12dəq. Rejissor: Teymur Hacıyev Treyler:https://www.youtube.com/watch?v=KrMyT4YooYI Fiziki yaxınlığı mənəvi yaxınlıq kimi görməyəncütlük, ailə məclisində iştirak etmək üçün şəhərkənarına çıxır. Məişət məsələləri onları dayanmağa və hiss edilən, lakin gözlənilməyənreallığı kəşf etməyə sövq edir. “Quxuroba”, 2020, Azərbaycan, dram, 21 dəq. Rejissor: Teymur Qəmbərov Treyler:https://www.youtube.com/watch?v=ORRZzxDxzJ4 Taksi sürücüsü Rasim, müdirindən mütləq yerinəyetirilməli olan çox vacib bir tapşırıq alır: O, şəhərkənarındakı ucqar bir kəndə gəlinlik paltarıçatdırmalıdır. Rasim yolüstü cavan bir qadıngötürür: onların danışmağa heç bir mövzularıolmur, amma buna baxmayaraq bir-birlərinədeməyə yenə də sözləri var... Əli-Səttar Quliyev (d. 1981, Bakı, Azərbaycan) Rejissor, “Mozalan” studiyasının direktoruş Onun“Çardaq” (2016) qısametrajlı, “Əlvida, Şmidt!”(2019) və “Olimpiya” (2021) tammetrajlı bədiifilmləri bir sıra beynəlxalq festivallarıniştirakçısıdır. Rüfət Həsənov(d. 1987 , Bakı, Azərbaycan) 2009- cu ildə Beyts Kollec-dən (ABŞ), 2012-ci ildə isəMoskva şəhərində Ssenaristlər və Rejissorlar AliKurslarından məzun olub.2013 -cü ildə ElvinAdıgözəl ilə çəkdiyi “Buqələmun” tammetrajlıbədii filmi Beynəlxalq Lokarno festivalının“Filmmakers of Present” proqramına daxil olmuşvə “Golden Leopard” mükafatına namizədolub. Rüfət Həsənov EAVE (Avropa Audio-vizual sahibkarlar) Berlinale Talents Network vəSOFA (School of Film Advancement) məzunudur. O, 2020-ci il Sarayevo Film Festivalında “Daxildəkiada” filmi ilə “Ən yaxşı rejissor” mükafatınıqazanıb. Teymur Hacıyev(d. 1982, Bakı, Azərbaycan) Elmar İmanovun Torn (2014) Tələbə Akademiya Mükafatı qalibi (Cannes, Quinzaine des Realisateurs, 2014) filmi daxil olmaqla, özəl şirkəti FIL Prodakşının məhsulu olan bir çox qısa filmi prodüser olaraq istehsal edən Teymur, rejissorluq debütünü qısa filmi “The Wound” (Yara) Palm Springs qısa film festivalında (2013) nümayiş etdirib. Onun ikinci qısametrajlı “Şanxay, Bakı” filminin premyerası Tampere Film Festivalında (2016) və üçüncü qısametrajlı filmi “Duz, İstiot zövqə görə” Rotterdam Beynəlxalq Film Festivalında nümayiş olunub və Kinoskopun “2019-cu ilin ən yaxşı beş qısa filmi” nə daxil edilib. Onun “Axşama doğru” filminin Kann kinofestivalında “Tənqidçilər Həftəsi”nə daxil edilməsi, Teymuru həm rejissor, həm də prodüser kimiKannda olmuş yeganə azərbaycanlı rejissor edir. Teymur Qəmbərov (d. 1986, Bakı, Azərbaycan) “Starcom Mediavest” və “Red Communications” kimi bir sıra PR agentliklərində çalışıb. Onun ilk ”Quxuroba” qısametrajlı filmi, Polşanın Poznan şəhərində baş tutan Avropa Short Pitch festivalının “Image Production” və “Mastering & Distribution” mükafatlarını qazanıb. 2020-ci ildə “Quxuroba” Sarayevo Film Festivalının Rəsmi Qısametrajlı Film Müsabiqəsinə seçilib.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az