29 Noyabr 22:49

Azərbaycan Könüllülərinin Həmrəylik Festivalı

Əziz gənclər!

Beynəlxalq Könüllülər Günü münasibətilə 7-9 dekabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan Könüllülərinin Həmrəylik Festivalı” adlı möhtəşəm tədbir keçiriləcəkdir. Festival çərçivəsində 7 dekabr tarixində Bakı Konqres Mərkəzində Forumun keçirilməsi nəzərdə tutulub. Ölkədə fəaliyyət göstərən bütün tələbə-gənclər könüllüləri hərəkat, təşkilat və proqramlarının, aidiyyəti dövlət qurumlarının və beynəlxalq tərəfdaşlarımızın iştirakı ilə baş tutacaq Foruma qoşulmaq üçün aşağıdakı linkdən qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Qeydiyyat üçün: https://docs.google.com/forms/d/1E4piUUc-IU_d3tZMbfloyS9pjRwabkWR3BMdx2Hms-E/edit?ts=5bffa3ea

Forumda iştirak edərək könüllülük hərəkatı haqda ətraflı məlumat əldə edə, aparıcı şirkətlərin əmək yarmarkası ilə tanış ola, müsabiqələrə qoşularaq hədiyyələr qazana və festival müddətində Şamaxı-Pirquluda həyata keçirələcək Könüllülərin qış düşərgəsinə aparılacaq 100 gənc könüllüdən biri ola bilərsiniz.

Son müraciət tarixi: 4 dekabr saat 23:00

Unutmayın ki, Biz birlikdə güclüyük!

Bəyən və paylaş

Rəylər

rəy(lər)