Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanı ilə bağlı məlumat

Edumap.az xəbər verir ki, Bu gün I və IV ixtisas qrupları üzrə   ali təhsil müəssiələrinə qəbul imtahanı keçirilib. İmtahan zamanı Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də dərhal yanğın baş verən əraziyə gəlmişdir. Yanğının imtahan keçirilən binaya keçmə ehtimalı olmasa da, tüstülənmə olmuş və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün imtahan iştirakçıları  imtahan binasından təxliyə olunması barədə qərar qəbul olunmuşdur.

Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən abituriyentlərin nəzərinə çatdırırıq ki, DİM tərəfindən onların yenidən imtahan verməsi üçün  üçün imkan yaradılacaqdır.

Bir cavab yazın

Back to top button
Close