11 Oktyabr 15:00

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Festivalda iştirak etdilər

5-9 oktyabr tarixlərində Gürcüstanın paytaxtı Tiflis şəhərində Almaniyanın MitOst Assosiasiyasının təşəbbüsü ilə “Müxtəliflik, inkluziya və mədəniyyətlərarası dialoq” mövzusuna həsr olunan 14-cü Beynəlxalq Festival keçirilib.

eProject Group-dan Edumap.az saytına verildiyi məlumatına görə, 20 ölkədən 400-ə yaxın nümayəndənin iştirak etdiyi festivalda Azərbaycan nümayəndə heyəti geniş heyətlə təmsil olunub. Festivala qonaq qısmində dəvət olunan MitOst Assosiasiyasının Azərbaycanda tərəfdaşı “Konstitutsiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev, AR Prezident Aparatının İctimai-siyasi məsələlər üzrə şöbəsinin məsləhətçisi Gülsel Səfərova festival çərçivəsində təşkil olunan görüşlərdə iştirak ediblər. Görüşlər zamanı Azərbaycanda vətəndaş cəmiyyəti ilə əməkdaşlıq imkanları müzakirə edilib. Müzakirələrdə MitOst Assosiasiyasının İcraçı Direktoru Mario Tibussek, vətəndaş təhsili üzrə proqramlar departamentinin direktoru Anneqret Vulf, Cənubi Qafqaz üzrə proqram meneceri Sebastian Vehrsiq, MitOst Əməkdaşlıq Proqramının Rəhbəri Nailə İsmayılova iştirak ediblər.

Proqramın bir qrup məzunu tərəfindən hazırlanan qısametrajlı film fiziki əngəli olan və fiziki əngəli olmayan insanlar arasında əməkdaşlıqdan bəhs edir. Film qrupu cəmiyyətdə bu əməkdaşlığın qurulmasına mane olan stereotilərdən və onlarn aradan qaldırılmmasından danışır. Film vasitəsilə gənclər bir sıra maraqlı suallar qaldırır və fiziki əngəlin cəmiyyətin fəal üzvü olmaqda maneə olmadığını vurğulayırlar. Müəlliflər qeyd edir ki, biz uzaqdan nə qədər fərqli görünsək də əslində düşüncələrimiz, arzu və istəklərimizlə bir-birimizə çox bənzəyirik.

MitOst 1996-cı ildən Almaniya Federativ Respublikasında fəaliyyət göstərən təşkilatdır. Təşkilatn məqsədi Avropada və qonşu regionalarda mədəniyyətlərarası mübadilə və fəal vətəndaş iştirakını təbliğ və təşviq etməkdir. 40 ölkəni təmsil edən 1400-dən artıq üzvü var. MitOst fəaliyyət göstərdiyi ölkələrdə, eləcə də icra etdiyi layihələr vasitəsilə mədəniyyətlərarası dialoq üçün platforma təklif edir və müştərək fəaliyyətləri dəstəkləyir. Festival MitOst-un əsas fəaliyyətlərindən biridir və başlıca məqsədi mədəniyyətlərarası mübadilə, eyni zamanda vətəndaş fəallığını təbliğ edən platforma təqdim etmək və bu istiqamərdə müzakirələr təşkil etməkdir. Festival 2003-cü ildən keçirilir və müxtəlif regionaları əhatə edir.

Bəyən və paylaş