“Azərbaycan Qadını” Forumu keçiriləcək

17 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun ( National Assembly of Youth Organizations of the Republic of Azerbaijan) maliyyə dəstəyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin (Cavan.az) tərəfdaşlığı ilə XI qrant müsabiqəsinin qalibi olduğum “Azərbaycan Qadını” Forumu keçiriləcək! ❤️

“Azərbaycan Qadını” Forumunun keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə uğur qazanmış qadınlarla gənclərin görüşünü təşkil etmək, müzakirələr aparmaq, müxtəlif suallara cavab tapmaqdan ibarətdir.

Forumun 12 spikeri ilə ən yaxın zamanda tanış olacaqsınız!

Hər zaman xanımları dəstəkləyən Azərbaycan bəylərini də forumda iştirak etməyə dəvət edirik. Forum 2 paneldən ibarət olacaq.

Ətraflı məlumat və qeydiyyat üçün link: http://bit.do/eKELe

Forumda iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir.

Hər birinizi gözləyirəm! ❤️

Qeydiyyat üçün son tarix: 15 Mart, 15:00

📍Landmark III Rotunda zalı
Nizami küçəsi 90. Bakı, Azərbaycan

Daha ətraflı:
📞 (+994) 55 885 22 30

Bir cavab yazın

Back to top button