#
11 Yanvar 19:15

“Azərbaycan qarşısında borc” layihəsinin təqdimatı

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsi çərçivəsində Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyi “Azərbaycan qarşısında borc” gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi təşəbbüsü adlı layihəsi qalib olmuşdur.

Layihənin ilkin icrasına artıq start verilmişdir. Layihənin təşkilatdaxili ilk təqdimatı 21 yanvar 2018-ci il saat 10:30-da Azərbaycan Skautlar Assosiasiyasının Altes Plazadakı (2-ci mərtəbə) ofisində təşkil olunacaqdır.

Ümumilikdə layihə 8 ay ərzində keçirilməsi nəzərdə tutulmuşdur və aşağıdakı mərhələlərdən ibarət olacaqdır:
– Layihənin təşkilatdaxili təqdimatı (Bakı şəhəri);
– Layihənin 6 rayonda təqdimatı (Şirvan şəhəri – 03.02.2018, Quba rayonu – 04.02.2018, Xaçmaz rayonu – 04.02.2018, Mingəçevir şəhəri – 11.02.2018, Ağdam rayonu – 17.02.2018 və Balakən rayonu – 24.02.2018). (Təqdimatdan dərhal sonra anket və müsahibə köməyilə hər rayondan 2 nəfər könüllü seçiləcəkdir.);
– Liderlik məktəbi (Rayonlardan seçilmiş könüllülər üçün təlimlər təşkil olunacaqdır.);
– Dəstələrin yaradılması (Təlimlərdən sonra rayonlardan seçilmiş və təlim keçmiş liderlər öz rayonlarında minimum 2 patrul olmaqla dəstə yaradacaqlar.);
– Monitorinqlər (Səfərlər, hesabatlar və s. formada dəstələrin fəaliyyətinin monitorinqi aparılaraq onlara dəstək olunacaqdır.);
– Düşərgə (Yekunda rayonlarda yaradılmış dəstələr üçün düşərgə təşkil olunacaqdır).

Layihənin yuxarıda qeyd olunmuş mərhələlərinin təşkilində könülüllərin dəstəyinə ehtiyac vardır.

Əgər siz də skaut layihəsinin həyata keçirilməsində yaxından iştirak edib bu sahədə yeni bilik və bacarıqlar əldə etmək istəyirsinizsə, ya Bakıda keçiriləcək təqdimatda iştirak edib, ya da bizlə əlaqə saxlayaraq ətraflı məlumat əldə edə bilərsiniz.

Həmçinin, yuxarıda qeyd olunmuş rayonlar üzrə 18 yaşdan yuxarı və skaut həyat tərzinə marağı olan könüllüləri tanıyırsınızsa, onda onları bizə yönəltməkdə yardımçı ola bilərsiniz.

1. [email protected]
2. +994 70 917 54 51 (Hüseyn Hüseynov)
+994 55 400 14 88
3. https://www.facebook.com/huseyn.huseynov.18

Bəyən və paylaş

Rəylər

rəy(lər)