22 Sentyabr 19:47

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda yüksək məvacibli vakant vəzifələrin tutulması üçün müsahibə elan olunub.

Müsahibədə ali təhsili olan mikrobioloqlar, virusoloqlar, xromatoqrafiya, AAS, İCP MS üzrə təcrübəsi olan kimyaçılar, PCR üzrə təcrübəsi olan genetiklər, magistratura dərəcəsi olan baytar həkimlər, keyfiyyətə nəzarət üzrə mütəxəssislər iştirak edə bilərlər.

Müraciət etmək istəyən namizədlər sentyabrın 21-dən oktyabrın 17-dək Qida Təhlükəsizliyi İnstitutuna müraciət edə bilərlər. Ünvan: Bakı şəh., S.S.Axundov küç. 73c. Əlaqə nömrəsi: (012) 565-12-82 (573)

Bəyən və paylaş

Rəylər

rəy(lər)