“Azərbaycan Respublikası 30 ildə: Cənubi Qafqazın güc mərkəzi” mövzusunda respublika elmi konfransı keçiriləcək

“Azərbaycan Respublikası 30 ildə: Cənubi Qafqazın güc mərkəzi” mövzusunda respublika elmi konfransı keçiriləcək

14 oktyabr 2021-ci il tarixində AMEA-nın Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan Respublikası 30 ildə: Cənubi Qafqazın güc mərkəzi” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfrans aşağıdakı bölmələr üzrə baş tutacaq:

– Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası və problemləri;

– Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və nəticələri;

– Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan dövlətçiliyi;

– Beynəlxalq enerji, nəqliyyat-kommunikasiya layihələri;

– Azərbaycan dövlətinin güc meyarları;

– Azərbaycan Respublikası beynəlxalq əməkdaşlıq sistemində;

– İkinci Qarabağ müharibəsi və nəticələri;

– Prezident İlham Əliyev – görkəmli dövlət və siyasi xadim.

Konfrans üçün tezislərin hazırlanma qaydası:

– Microsoft Word, A4 ölçüdə 1 səhifə (300 söz), Times New Romanda, 12 şrift, 1 intervalla, soldan və sağdan 20 mm, yuxarı və aşağıdan 25 mm, abzaslar 1,15 sm parametrlərinə uyğun yazılmalıdır;

– Titul səhifədə sağda yuxarıda 12 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır;

– Müəllifin ad və soyadından sonra səhifənin ortasında məruzənin adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır.

Tezislərin son təqdim edilmə tarixi 15 sentyabr 2021-ci ildir.

Ünvan:  Bakı ş., H.Cavid pr. 117

Tel: (+994 12) 539 89 55

E-mail: [email protected]

Bir cavab yazın

Back to top button